Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Rəqsanə apellyasiya şikayəti verdi

18 avq 2025, 11:05
Rəqsanə apellyasiya şikayəti verdi

ki gün əvvəl 1 milyonluq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılova qərardan narazıdır.

Liderxeber.az-ın məlumatına görə, müğənninin vəkili Hikmət Əliyev bir az əvvəl qərardan apellyasiya şikayəti verib.

Müdafiə tərəfi əvvəlki məhkəmə qərarının ləğv edilməsini istəyir.

Vəkili müğənninin həbsi barədə saytımıza açıqlama verib. H.Əliyevin sözlərinə görə, müğənninin azadlıqda qalması cəmiyyət üçün heç bir təhlükə təşkil etmir və istintaqın normal gedişinə hər hansı maneə yaratmaz:

Rəqsanə İsmayılova özünü təqsirli bilmir. Əgər hər hansı şikayət varsa, həmin şikayətin araşdırılması başadüşüləndir. Lakin bu araşdırmanın azadlıqda aparılması daha ədalətlidir. Hüquqi baxımdan həbs yalnız sonuncu çarə kimi tətbiq olunmalıdır. Halbuki İsmayılova barəsində ev dustaqlığı və ya digər alternativ tədbirlər yetərli ola bilərdi. Əlavə olaraq qeyd etmək istəyirəm ki, müvəkkilim iki azyaşlı övlad anasıdır. Bu amil həm hüquqi, həm də humanist prinsiplər baxımından nəzərə alınmalıdır.

İnanırıq ki, apellyasiya instansiyası bütün bu məqamları obyektiv şəkildə nəzərə alacaq və yekunda ədalətli qərar qəbul olunacaq.”

Şikayətə 2 gün ərzində Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Rəqsanə polisdə aparılan istintaqla cinayət məsuliyyətinə cəlb edilib. Onun haqqında polis müstəntiqinin vəsatəti, prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Müğənninin ittiham olunduğu maddənin (178.4-dələduzluq xüsusilə külli miqdarda törədildikdə) sanksiyasında 14 ilə kimi həbs var.