Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Deputat canlı efirdə çətin duruma düşdü - VİDEO

11 avq 2025, 01:39
Deputat canlı efirdə çətin duruma düşdü - VİDEO

Milli Məclisin deputatı Aydın Hüseynov Real TV-nin canlı efirində Vaşinqtonda keçirilən Sülh sammiti və Zəngəzur dəhlizi barədə fikirlərini bölüşüb. Lakin çıxış zamanı millət vəkilinin bir neçə dəfə rabitəsiz cümlələr işlətməsi və fikirlərini ardıcıl ifadə edə bilməməsi diqqətdən yayınmayıb.
Liderxeber.az xəbər verir ki, xüsusilə deputatın Zəngəzur dəhlizini “səmərəsiz bir ərazi” kimi səsləndirməsi efirdə çətin anlar yaradıb. Aparıcı dərhal mövzuya müdaxilə edərək, Hüseynovdan fikrini dəqiqləşdirməsini istəyib. Deputat düzəliş etmək istəsə də, yenidən rabitəsiz nitqə yol verib.
Sözügedən çıxışın görüntüləri və dialoqun tam mətni təqdim edirik:
Deputat: “Bu Rusiyanın, regionda konkret olaraq Ermənistandakı təsir dairəsinin, konkret təsiri altında olduğu bir dövrdə biz nə gördük? Orada müharibə gördük, təhdidlər gördük. Eyni zamanda, bütövlükdə dünya iqtisadiyyatının əsas seqmentlərindən biri olan Zəngəzur dəhlizinin,(indən sonrakı fəaliyyətə başlayacaq) bu sahənin səmərəsiz bir ərazi olduğunu gördük. Eləcə də digər cənub qonşumuz da…
Aparıcı müdaxilə edir: Əgər siz demişkən, səmərəsiz olsaydı ABŞ buna bu dərəcədə… Onların düşüncəsi ilə desək…
Deputat: Yox, üzr istəyirəm. Ayrı fikrə gəlirəm. Əslində vacib bir sahəni Rusiyanın nəzarət altında, təsiri altında olduğu kənarda qalmışdı. Yeni, səmərəli, faydalı dünya iqtisadiyyatında əsas oynayacaq bir seqment inteqrasiya olunmamışdı.
- Maraqlar var idi