Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

"Əməkdar" və "Xalq" fəxri adları - Təqaüd alan şəxslərin sayı məlum oldu

26 iyl 2025, 09:54
"Əməkdar" və "Xalq" fəxri adları - Təqaüd alan şəxslərin sayı məlum oldu

İyulun 21-də Prezident İlham Əliyevin sərəncamı ilə 26 nəfərə "Əməkdar jurnalist" fəxri adı verilib.

Onlar Azərbaycanda milli mətbuatın inkişafında xüsusi xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, bu ilin iyulun 1-dən Azərbaycanda "Xalq" fəxri adına görə verilən təqaüdün məbləği 300, "Əməkdar" adına görə verilən təqaüdün məbləği isə 200 manata qaldırılıb.

Liderxeber.az xəbər verir ki, Modern.az hazırda fəxri adlara görə təqaüd alan şəxslərin sayını araşdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, respublika üzrə 4 470 nəfərə "Əməkdar" fəxri adına görə aylıq təqaüd ödənilir.

"Xalq" fəxri adına görə təqaüd alanların sayı isə daha azdır. 2025-ci ilin əvvəlinə olan məlumatda bildirilir ki, "Xalq" fəxri adına görə 248 nəfərə təqaüd verilir.

Qeyd edək ki, təqaüd plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir. Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.