Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Xalq artisti Arif Babayevin səhhəti ağırlaşıb: Süni tənəffüs aparatına qoşulub

24 iyl 2025, 16:28
Xalq artisti Arif Babayevin səhhəti ağırlaşıb: Süni tənəffüs aparatına qoşulub

Xalq artisti Arif Babayevin son vəziyyəti açıqlanıb.

Liderxeber.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 23-ü, saat 17:30-da Xalq artisti Arif Babayev kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Pasiyent dərhal intubasiya olunaraq, süni tənəffüs dəstəyi ilə təmin olunub. Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir. Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Xalq artisti Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Liderxeber.az xəbər verir ki, bu barədə "Report"a onun oğlu Yaşar Babayev məlumat verib.

Y.Babayev qeyd edib ki, atasının vəziyyəti ağırlaşıb və tibb müəssisəsinə yerləşdirilib: "Həkimlər əllərindən gələni edirlər. Bu gün təcili tibbi yardım maşını ilə Bakıya aparacağıq".