Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Gəncə Dövlət Regional Kollecində İdarəetmə Qalmaqalı: Təhsil Müəssisəsi Yoxsa Gərginlik Ocağı? - ARAŞDIRMA

05 iyn 2025, 22:35
Gəncə Dövlət Regional Kollecində İdarəetmə Qalmaqalı: Təhsil Müəssisəsi Yoxsa Gərginlik Ocağı? - ARAŞDIRMA

Son günlər Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Gəncə Dövlət Regional Kollecində yaşananlar sadəcə bir neçə əməkdaşın narazılığı ilə bitmir – görünür, bu, daha dərin, sistemli problemlərin üzə çıxmasıdır. Müəllim heyətinin açıqlamaları, ictimai reaksiyalar və sosial şəbəkələrdə yayılan görüntülər ciddi narahatlıq doğurur.

İşdən çıxarılanlar, əlavə maaşlar və görünməyən ədalət

Direktor vəzifəsinə yeni təyin olunan Xoşqədəm Xudiyeva iki müəllimi işdən azad edib. Eyni zamanda, rəhbərliyə yaxın şəxslərə 150-200 manat həcmində əlavə əməkhaqqı yazılması iddiaları səsləndirilir. Belə hallar kollektivin parçalanmasına, psixoloji gərginliyin yüksəlməsinə və ümumi iş mühitinin pozulmasına səbəb olur.

Təcili tibbi yardımların mütəmadi gəlməsi – sağlamlıq yoxsa idarəetmə böhranı?

Ən acınacaqlısı isə budur: demək olar ki, hər gün kollecin ərazisinə təcili tibbi yardım maşını gəlir. Bu faktın şəxsi şahidi olmuş bir jurnalist kimi qeyd etmək vacibdir ki, kollecdə artıq sadəcə psixoloji deyil, fiziki sağlamlıqla bağlı problemlər də yaşanır. Gərgin iş mühiti, ədalətsiz münasibətlər və rəhbərlik tərəfindən təzyiq iddiaları təkcə pedaqoji fəaliyyətə deyil, insanların həyatına da təsir edir.

Direktorun mediaya münasibəti: Əsasız ittihamlar və absurd fikirlər

Təəssüf doğuran başqa bir məqam isə kollecin direktoru Xoşqədəm Xudiyevanın jurnalistlərə qarşı sərgilədiyi münasibətdir. Məlumat toplamağa çalışan jurnalistlərə qarşı əsassız ittihamlar irəli sürməsi, medianı gözdən salmağa yönəlmiş absurd fikirlər səsləndirməsi bu cür dövlət vəzifəsi daşıyan şəxs üçün qəbuledilməzdir. İctimai və media qarşısında hesabatlılıq, şəffaflıq və dialoq — dövlət vəzifəsinin ayrılmaz tərkib hissəsidir.

Agentlik araşdırma aparır, bəs nəticə nə zaman olacaq?

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məsələ ilə bağlı məlumatlı olduğunu və araşdırma apardığını bildirib. Ancaq cəmiyyət haqlı olaraq sürətli və şəffaf nəticə gözləyir. Bu sadəcə bir təhsil ocağının deyil, ictimai etimadın məsələsidir.

Elsevər Məmmədov

Araşdırmaçı jurnalist