Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

İnternetdə böyük dəyişiklik? "Yahoo" "Chrome"un yeni sahibi ola bilər

25 apr 2025, 14:33
İnternetdə böyük dəyişiklik? "Yahoo" "Chrome"un yeni sahibi ola bilər

ABŞ məhkəməsi antiinhisar işi çərçivəsində "Google"u brauzerdən imtina etməyə məcbur edərsə, "Yahoo" şirkəti "Chrome"u almağa hazır olacaq.

Liderxeber.az-ın "Bloomberg"ə istinadla verdiyi məlumata görə, bu barədə "Yahoo Search" axtarış sisteminin baş meneceri Brayan Provost xəbər verib.

"Chrome", bəlkə də, internetdə ən vacib strateji oyunçudur", - deyə o qeyd edib.

Provost "Chrome" brauzerini 10 milyardlarla dollar dəyərində qiymətləndirib. O, "Yahoo"nun öz brauzerini hazırladığını, lakin hazır məhsulun alınmasını da nəzərdən keçirdiyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl "OpenAI" şirkəti də "Google"dan brauzeri almaqda maraqlı olduğunu elan edib. Sövdələşmə bağlanarsa, "OpenAI" "ChatGPT" çat-botunu "Chrome"a daha dərindən inteqrasiya etmək niyyətindədir.

Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi "Google"a qarşı məhkəməyə müraciət edib. İddiada texnologiya nəhənginin "Chrome" brauzerinə sahiblikdən imtina etməsi və digər şirkətlərlə öz axtarış sisteminin onların məhsullarında istifadə edilməsinə dair müqavilələr bağlamasının qadağan edilməsi tələb olunur.

Hökumətin fikrincə, "Google" rəqiblərin inkişafına əngəl yaradır və internet axtarış bazarına nəzarəti əlində cəmləşdirməklə rəqabəti boğur. ABŞ bu yolla şirkəti monopoliya statusundan məhrum etmək istəyir.