Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Türkiyəli müğənni Volkan Konakın vəsiyyəti gündəm oldu: "Basdırmasınlar məni torpağa"

31 mar 2025, 14:06
Türkiyəli müğənni Volkan Konakın vəsiyyəti gündəm oldu: "Basdırmasınlar məni torpağa"

Ötən gün vəfat edən məşhur türkiyəli sənətçi Volkan Konakın vəsiyyəti gündəm olub.

Bu barədə Liderxeber.az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, sənətçinin 2020-ci ildə "Vəsiyyətim" adı ilə verdiyi açıqlama ölümündən sonra yenidən müzakirə mövzusuna çevrilib.

Konserti zamanı bununla bağlı danışan Volkan Konak torpağa basdırılmaq istəmədiyini dilə gətirmişdi.

"Siz sevənlərimə vəsiyyətimdir, nə olar, mən öləndə basdırmasınlar məni torpağa. Yandırsınlar bütün bədənimi. Və bir qutuya qoyub Qara dənizimin üzərinə bir helikopterlə səpsinlər bütün külümü. Xüsusilə də Trabzonumun üzərinə", - deyə Konak bildirmişdi.

Xatırladaq ki, müğənni Volkan Konak Şimali Kipr Türk Cümhuriyyətində verdiyi konsert zamanı vəziyyəti pisləşib və huşunu itirərək yıxılıb. İnfarkt keçirən sənətçi xəstəxanaya yerləşdirilib, lakin bütün müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.