Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

ASAN TV - 1 yaş

18 mar 2025, 09:40
ASAN TV - 1 yaş

Prezident İlham Əliyevin tapşırığı ilə fəaliyyət göstərən ASAN Radionun bazasında yaradılan ASAN TV 1 yaşını qeyd edir. 

Liderxeber.az xəbər verir ki, dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk onlayn televiziya olan ASAN TV-nin yaradılmasında məqsəd video məzmunun daha keyfiyyətli təqdimatı, dövlət xidmətləri ilə bağlı əhatəli maarifləndirməni asan dildə təmin etməkdir.

ASAN TV sosial media səhifələrində yayımlanır. Qısa maarifləndirici videolar üstünlük təşkil edir.

Bir il ərzində ASAN TV-də “QəbuldASAN”, “İnkişafdASAN”, “Gələcək üçün bacarıqlar”, “İnnovator”, “Müsahibə”, “YAŞAT, Azərbaycan”, “Könüllüsən”, “Piknik” və s. kimi verilişlər yayımlanır. 

Eyni zamanda “Faydalı məlumat”, “Bir sual, bir cavab”, “Həftəlik statistika” “1 gün 1 dəqiqədə”, “Tarixin bu günü”, “Olimpiya gündəliyi”, “Canlı”, “Ana dili” və s. kimi buraxılışlar təqdim edilib.

ASAN TV media məkanında yenilik edərək "ASANİYƏ" adlı ilk süni intellekt aparıcı vasitəsilə innovasiya sahəsində yenilikləri izləyicilərə çatdırır. 

ASAN TV mühüm sosial layihələrə informasiya dəstəyi göstərir. Eyni zamanda, bir sıra irimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv media tərəfdaşıdır.

ASAN TV dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə də əməkdaşlıq edir.  

Paylaşımlar 1 il ərzində bütün sosial media hesabları üzrə ümumilikdə 60 milyona yaxın baxış toplayıb.