Son Xəbərlər
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair

Samid Bağırovun Şah İsmayılın həyatından bəhs edən kitabı nəşr edildi

11 dek 2024, 16:30
Samid Bağırovun Şah İsmayılın həyatından bəhs edən kitabı nəşr edildi

2024-cü il Azərbaycanın görkəmli dövlət xadimi, mütəfəkkiri və şairi Şah İsmayıl Səfəvinin vəfatının 500 illiyinə təsadüf edir.
Bu ildə o görkəmli şəxsiyyətin həyatı və siyasi fəaliyyətini işıqlandırmaq, habelə yaradıcılığı və mirasını qoruyub saxlamaq istiqamətində bir sıra elmi tədbirlər keçirilib və bəzi əsərlər ərsəyə gətirilib.
Bu sırada AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Samid Bağırovun Şah İsmayılın həyat fəaliyyətindən bəhs edən “Şah İsmayılın həyatı (“Fütuhati-şahi” və “Həbibüs-siyər” əsərləri əsasında)” monoqrafiyası çapdan çıxıb.
Əsərin səfəvişünaslığa gətirdiyi yenilik şahın həyatını ən erkən iki Səfəvi qaynağına əsasən araşdırmaqdır. Belə ki, sözügedən iki əsər, yəni “Fütuhati-şahi” və “Həbibüs-siyər” Azərbaycan səfəvişünaslığında müstəqil və geniş şəkildə tədqiqata cəlb edilməmişdi. Habelə Şah İsmayılın həyatını adıkeçən iki əsərə əsasən araşdırmağın bir özəlliyi də  onları yazan münşilərin daha obyektiv mövqeləridir. Belə ki, sözügedən iki əsərin müəllifləri Qiyasəddin Xandəmir və İbrahim Əmini Hərəvi Səfəvi sarayına gəlmədən öncə Teymuri dövləti sarayında müxtəlif vəzifələri daşıyıblar. Demək olar ki, onların dini, siyasi və məzhəbi düşüncələri Səfəvi sarayında deyil, Teymuri dövləti sarayında formalaşıb.
Monoqrafiya giriş, 8 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. 1-ci fəsildə “Fütuhati-şahi” və “Həbibüs-siyər” əsərlərinin elmi dəyəri göstərilir. 2-ci fəsildə Səfəvilərin soy kökündən bəhs edilir. 3-cü fəsildə Şah İsmayılın təriqətdən hakimiyyətə gedən yoluna nəzər salınır. 4-cü və 5-ci fəsildə Şah İsmayılın fəth etdiyi ərazilərdən, 6-cı fəsildə Osmanlı dövləti ilə münasibətlərindən, 7-ci fəsildə Çaldıran döyüşündən sonrakı vəziyyətdən, sonuncu fəsildə isə erkən Səfəvi dövründə dindən bəhs edilir.