Son Xəbərlər
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə

Azərbaycanlı triatlonçudan ilk - Tarixi medal+Fotolar

16 fev 2026, 13:48
Azərbaycanlı triatlonçudan ilk - Tarixi medal+Fotolar

Triatlon üzrə Azərbaycan milli komandası növbəti uğuruna imza atıb. 

Liderxeber.az xəbər verir ki, komanda Misir Ərəb Respublikasında keçirilən Afrika Triatlon, Aquatlon və Duatlon Kuboku yarışlarında ölkəmizi Elit kateqoriyalarda təmsil edib. 

13–14 fevral tarixlərində baş tutan yarışların ən mühüm nəticəsi Leyla Abduləzizovanın payına düşüb. Qadınların Elit kateqoriyasında çıxış edən idmançımız Afrika Duatlon Kubokunda 3-cü yerə layiq görülərək bürünc medal qazanıb. Bu nəticə Azərbaycan triatlonu üçün yerli idmançılarla bağlı tarixi əhəmiyyət daşıyır. İlk dəfədir ki, milli komandanın azərbaycanlı triatlonçusu belə səviyyəli Afrika Kuboku yarışlarında medal əldə edir.

Bundan başqa, 13 fevralda Afrika Triatlon Kubokunda start xəttinə millimizin üzvü Əli Rzazadə də çıxıb. Yeniyetmə yaş kateqoriyasına aid olmasına və yarışın ən gənc iştirakçısı olmasına baxmayaraq, idmançımız məsafəni başa vuraraq beynəlxalq səviyyədə mühüm yarış təcrübəsi qazanıb. 14 fevralda təşkil olunan Afrika Aquatlon Kubokunda isə Ə.Rzazadə Elit kateqoriyada 7-ci yeri tutub.

Daha bir təmsilçimiz eyni gündə keçirilən Afrika Duatlon Kubokunda ölkəmizin şərəfini qoruyub. Millimizin üzvü Toğrul Məmmədli Elit kateqoriyada yarışı 4-cü pillədə başa vurub.

Qadınların Elit kateqoriyasında mübarizə aparan Milanə Xəlilova isə yarışı 5-ci yerdə tamamlayıb.

Sadalanan nəticələr Azərbaycan idmanı üçün önəmli və bir o qədər də perspektivli hesab edilir, qazanılan uğurlar ölkədə adıçəkilən idman növünə marağı artırır. Azərbaycan Triatlon Federasiyası da idmançıların beynəlxalq yarışlarda əldə etdikləri nəticələri yüksək qiymətləndirir və onların gələcək startlarda uğurla çıxış edəcəklərinə inanır.