Rusiyanın Əməkdar artisti, aktrisa Svetlana Svetliçnaya sağalmaz xəstəlikdən əziyyət çəkir.
Liderxeber.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, 84 yaşlı aktrisa orta ağır vəziyyətdədir və baş, qulaq və boğaz ağrılarından daim şikayət edir.
Bildirilir ki, S. Svetliçnaya köməksiz hərəkət edə bilmir və günün çox hissəsini yataqda uzanıqlı vəziyyətdə keçirir.
Məlumata görə, aktrisaya simptomatik terapiya ediləcək.
Qeyd edək ki, aktrisa Azərbaycan tamaşaçılarına “Brilyant əl” filmindən tanışdır. O, ekran işində “Anna Sergeyevna” obrazını canlandırıb. Filmin çəkilişləri İçərişəhərdə də aparılıb.