Son Xəbərlər
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair
“Əl-Ərəbiyyə” Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, biri general olmaqla, altı nəfər ölüb - YENİLƏNİB-2

09 dek 2024, 13:59
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, biri general olmaqla, altı nəfər ölüb - YENİLƏNİB-2

Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanların sayı altıya çatıb.

Liderxeber.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı başsağlığı mətnində deyilir.

"İspartada baş verən helikopter qəzasında ağır yaralı olaraq xəstəxanaya yerləşdirilən əməkdaşımızı xilas etmək mümkün olmayıb. O, şəhid olub. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və Türk Silahlı Qüvvələrimizə başsağlığı diləyirik", - məlumatda vurğulanıb.

Qeyd edək ki, helikopterdə şəhid olan hərbçilərdən biri İsparta Quru Aviasiya Məktəbinin komandiri general-mayor İsa Baydillidir.

13:02

Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində daha bir nəfərin meyiti tapılıb.

Liderxeber.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

Məlumata görə, həlak olanlardan biri generaldır. O, təlimə komandirlik edirmiş.

Qəzaya səbəb kimi təlim zamanı iki helikopterin biri-birinə toxunması göstərilir. Təmasdan sonra helikopterlərdən biri qəzaya uğrayıb, digəri isə təhlükəsiz şəkildə endirilib.

12:41

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

Liderxeber.az "CNN Türk"ə istinadən xəbər verir ki, qəza ölkənin İsparta vilayətinin Keçiborlu rayonunda qeydə alınıb.

Yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verən hadisə yerinə təcili yardım və xilasetmə briqadaları cəlb olunub.

Qəza nəticəsində 4 nəfər həlak olub.

Digər ekipaj üzvlərinin axtarışı davam edir.