Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Azərbaycanın narşərabla bağlı hazırladığı dövlətlərarası standart MDB-də qəbul edilib

18 dek 2024, 14:04
Azərbaycanın narşərabla bağlı hazırladığı dövlətlərarası standart MDB-də qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) AZS 065-2023 “Narşərab.

Texniki şərtlər” milli standartı əsasında ГОСТ 35230-2024 “Наршараб. Технические условия” yeni standart layihəsini hazırlanıb və MDB ölkələri Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura (МГС) onu dövlətlərarası standart kimi qəbul edib.

Liderxeber.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, yeni qəbul edilən dövlətlərarası standart ət və balıq məhsulları ilə, eləcə də milli yeməklərdə istifadə edilən, şəkər tozu əlavə olunmaqla qaynadılıb qatılaşdırılmış, təzə sıxılmış və ya konservləşdirilmiş nar şirəsindən hazırlanan və şüşə qabda pasterizə edilmiş narşəraba şamil edilir.