Son Xəbərlər
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən

Rusiyada güclü partlayış: General və köməkçisi həlak oldular

17 dek 2024, 11:30
Rusiyada güclü partlayış: General və köməkçisi həlak oldular

Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillov və onun köməkçisi Moskvada Ryazan prospektində baş verən partlayış nəticəsində həlak olublar.

Liderxeber.az-ın məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko xəbər verib.

Bildirilir ki, skuterə yerləşdirilmiş partlayıcı qurğu işə düşüb.

"İstintaqın məlumatına görə, dekabrın 17-də səhər saatlarında Moskvada Ryazan prospektində yaşayış binasının girişinin yanında dayanan skuterə yerləşdirilmiş partlayıcı qurğu işə salınıb. Nəticədə Rusiya Silahlı Qüvvələrinin RKBM rəisi İqor Kirillov və onun köməkçisi həlak olub", - deyə o bildirib.

Petrenko qeyd edib ki, Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi tərəfindən qətl faktı ilə bağlı cinayət işi açılıb. Hadisə yerində müstəntiqlər, kriminalistlər və əməliyyat xidmətləri işləyirlər. Cinayətin bütün halları araşdırılır.

Rusiya paytaxtında güclü partlayış baş verib, iki nəfər həlak olub.

Liderxeber.az-ın məlumatına görə, bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.

İlkin məlumata görə, partlayış yaşayış binasının birinci mərtəbəsində baş verib.

Rusiya "Telegram" kanallarında iddia olunur ki, hadisə nəticəsində RF Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillov və onun köməkçisi həlak olublar. Bildirilir ki, əldəqayırma partlayıcı qurğu binanın girişinə qoyulub. Bu məlumat rəsmi olaraq təsdiqlənməyib.

Fotoda: İqor Kirillov.

Rusiyanın Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı cinayət işi açılıb.

Partlayış yerində müstəntiqlər və kriminalistlər əməliyyat xidmətlərinin əməkdaşları ilə birlikdə işləyirlər.