Son Xəbərlər
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
Prezident İlham Əliyev Tofiq Fuad oğlu Musayevin Azərbaycan Respublikasının
banner

Göygöldə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş festival keçirilib

01 iyn 2024, 22:09
Göygöldə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş festival keçirilib

Göygöl Rayon İcra Hakimiyyəti, Rayon üzrə təhsil sektoru və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Uşaqlar yaşıl dünyamızın əlvan çiçəkləridir” adlı musiqili əyləncəli festivalda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP rayon təşkilatının sədri Vüqar İsayev,  idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti, şəhid və qazi övladlar,  məktəblilər iştirak ediblər. Festival Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi və Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Festivalda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev uşaqları bayram münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırıb və qeyd edib ki, dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.

Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz həmin illərdə ən məhsuldar və uşaqlarla bağlı problemlərin həllini özündə əks etdirən qanunlar, dövlət proqramları və tədbirlər planı qəbul edilib. 

Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəhid övladları, xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. 
Festivalda rayonun ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrinin, “İrəvan İdman Klubunun” və Mədəniyyət Mərkəzinin xüsusi istedadı, bacarığı ilə seçilən uşaqların rəngarəng çıxışları və təqdimatları yer alıb.