Son Xəbərlər
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını

Füzuli teatrının rejissoru Prezident mükafatına layiq görülüb

09 may 2024, 15:07
Füzuli teatrının rejissoru Prezident mükafatına layiq görülüb

Füzuli Dövlət Dram Teatrının quruluşçu rejissoru Nicat Mirzəzadə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb.

LiderXəbər xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı bir qrup aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib.

Nicat Mirzəzadə 1991-ci il fevralın 14-ü İmişli rayonunda anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissorluğu fakültəsinə qəbul olunub. 2014-2021-ci illərdə C. Cabbarlı Adına İrəvan Dövlət Azərbaycan Dram teatrında quruluşçu rejissor vəzifəsində fəaliyyət göstərib. C.Cabbarlı Adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı və Mingəçevir Dövlət Dram Teatrında bir çox tamaşalara quruluş verib. Bunlar D. Çizmeli – “Cümhuriyyətin ilk səadası”, Hidayət – İrəvanda xal qalmadı, Hidayət – Ömürdən uzun gecə, Xaqani Əliyev – Molla Nəsrəddin və Kosa, Keçəl və s. Demet Çizmelinin “Cümhuriyyətin ilk sədası” adlı pyesi əsasında quruluş verdiyi tamaşa Türkiyə Cümhuriyyətinin 17 şəhərində tamaşaçılara təqdim olunub. Müxtəlif diplom və mükafatlara layiq görülüb. 2021-ci ildən Füzuli Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yazıçılar birliyinin nəzdində fəaliyyət göstərən Dramaturgiya şöbəsində “Səhnə” yaradıcılıq qurumunun məsul katibidir. Gənc yazar olaraq prezident təqaüdünə, TXİ-nin təsis etdiyi “Ümid” mükafatına layiq görülüb. 

Füzuli teatrında işlədiyi müddətdə Səbinə Haqverdiyevanın "Nar şirəsi", Abdulla Elşadlının "Tənhalığın evi, Xəqani Əliyevin "Molla Nəsrəddin", Sevinc Elsevərin "Həyat elə bir oyun..." tamaşalarına quruluş verib.