Son Xəbərlər
Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir.
"İran Silahlı Qüvvələri İsrailin mümkün reaksiyasına tam hazırdır".
Avropa İttifaqı (Aİ) Şurası Rusiya əleyhinə yeni sanksiyaları təsdiq edib.
Milli Məclis məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə
Sumqayıt Tibb Mərkəzinin (STM), Sumqayıt Şəhər İcra Hakimiyyətinin
Azərbaycan ilə Rusiya arasında nəzərdə tutulan layihələr daimi diqqət və
Ali Məhkəməyə yeni hakimlər təyin edilib. Liderxeber.az xəbər verir ki,
Xaçmaz rayonunun Niyazabad kəndində Xəzər dənizinin sahilində 200 kiloqramdan
Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında “Türktransplantın təsis
banner

Londonda Natiq Qasımov haqqında filmin təqdimatı oldu

15 mar 2024, 16:06
Londonda Natiq Qasımov haqqında filmin təqdimatı oldu

London şəhərində yerləşən nüfuzlu Britaniya Film Mükafatları Akademiyasının (BAFTA) kino zalında birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülmüş azərbaycanlı hərbçi Natiq Qasımovun taleyindən bəhs edən "Oğul" (The Son) sənədli filmi nümayiş etdirilib.

LiderXəbər xəbər verir ki, bu barədə Böyük Britaniya səfirliyindən məlumat verilib.

Tədbir Britaniya Avropa Azərbaycan Məktəbinin təşkilatçılığı və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə keçirilib. Tədbirdə diplomatik korpusun çoxsaylı nümayəndələri, ictimai-siyasi xadimlər, Azərbaycan, Türk və digər icmaların üzvləri, jurnalistlər iştirak ediblər. Tədbiri Britaniya Avropa Azərbaycan Məktəbinin müəllimi Rauf Xəlilov açıq elan edib.

Daha sonra çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov filmin ərsəyə gəlməsinə görə Heydər Əliyev Fonduna, TEAS Press Nəşriyyat Evinə, filmin icraçı direktoru Tale Heydərova, eləcə də tədbirin təşkilinə görə Britaniya Avropa Azərbaycan Məktəbinin müəllimləri Səbinə Rakçeyeva və Səbinə Quliyevaya təşəkkürünü bildirib.

Səfir çıxışında Natiq Qasımovun göstərdiyi şücaətin qəhrəmanlıq nümunəsi olduğunu vurğulayıb, onun xatirəsini yaşatmaq üçün və Qarabağ müharibəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından filmin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Səfir bu yaxın günlərdə Azərbaycan icmasının üzvləri ilə birlikdə Xocalı faciəsi qurbanlarının xatirəsinin yad edildiyini qeyd edib və bu kimi ağır məqamların Azərbaycanın yeni tarixinin tərkib hissəsi olduğunu vurğulayıb. Dünyada Azərbaycana dost və tərəfdaş olan ölkələrin bunu anlamasının vacibliyini qeyd edib.

Səfir eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tarixin münaqişə ilə bağlı səhifəsini bağlamalıyıq fikrini xatırladaraq, torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün tarixi fürsətin yarandığını vurğulayıb. Azərbaycan - Ermənistan arasında olan birbaşa ikitərəfli danışıqların aparılmasının vacibliyini qeyd edib və bu prosesə kənardan mane olmaq istəyənlərin olduğunu diqqətə çatdırıb.

Tədbirdə həmçinin filmin rejissoru Karan Sinqh çıxış edib. O, Natiq Qasımovun əsirlikdə olarkən italyan fotoqraf və jurnalist Enriko Sarsini tərəfindən çəkilmiş şəkillərindən çox təsirləndiyini və filmin çəkilməsi ideyasının burdan yarandığını bildirib. O, filmin çəkiliş prosesi və hadisənin canlı şahidləri ilə müsahibələri barədə danışıb. Filmin çəkiliş prosesində ona ən çox təsir edən səhnənin Natiq Qasımovun anasının göz yaşları olduğunu bildirib.

Filmin prodüseri Ekard Sager çıxışında Azərbaycanın artıq öz torpaqlarını işğaldan azad etdiyini qeyd edib, yüz minlərlə məcburi köçkünün, o cümlədən Natiq Qasımovun ailəsinin öz doğma yurdlarına qayıtması üçün şərait yarandığını vurğulayıb. O, çıxışında Azərbaycanın azad edilmiş ərazilərində işğal dövründə 1.5 milyondan artıq minaların basdırıldığına diqqət çəkib.