Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Xalq artisti Leyla Şəripova Almaniyada vəfat edib - VİDEO

20 fev 2024, 12:46
Xalq artisti Leyla Şəripova Almaniyada vəfat edib - VİDEO

Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni Leyla Şəripova vəfat edib.

LiderXəbər xəbər verir ki, bu barədə Tacikistan KİV məlumat yayıb.

Müğənni Almaniyanın Düsseldorf şəhərində 93 yaşında vəfat edib.

Xatırladaq ki, Leyla Şəripova 1931-ci il iyunun 22-də Bakıda anadan olub. Atası İzmir, anası Azərbaycan türkü olub.

Tacikistana köçdükdən sonra bir müddət Sədrəddin Əyni adına Tacikistan Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.

1978-ci ildə yenidən Bakıya köçən müğənni 1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin aparıcı solisti işləyib.

Leyla Şəripova Yevgeni Jıvayevin rəhbərliyi ilə Özbəkistan Televiziya və Radio xalq çalqı alətləri ansamblının, Adil Bağırovun rəhbərliyi ilə "Xatirə" xalq çalqı alətləri ansamblının və Gülarə Əliyevanın rəhbərliyi ilə "Dan ulduzu" instrumental ansamblının müşayiəti ilə silsilə çıxışlar edib.

Şəripovanın repertuarında türk, əfqan, Azərbaycan, türkmən, ərəb, fars, özbək və ispan mahnılarına yer verib.

Müğənni bəstəkar fəaliyyəti ilə məşğul olub, həm də şeirlər yazıb. 10-dan çox mahnı sözünün müəllifidir.

Məşhur "Qara gözlər" və "Badam çiçəyi" adlı fars mahnılarının da müəllifi odur.

Leyla Şəripova 1988-ci ildən Almaniyanın Düsseldorf şəhərində yaşayırdı.

Allah rəhmət eləsin!