Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Mikayıl Cabbarov Konstantin Limitovski ilə görüşüb

15 yan 2025, 17:46
Mikayıl Cabbarov Konstantin Limitovski ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının baş investisiya direktoru Konstantin Limitovksi ilə görüşüb.

Bu barədə Liderxeber.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkəmizin Asiya İnfrastruktur İnvestisiya Bankı ilə fəal əməkdaşlıq etdiyi vurğulanıb. Bankın regionda enerji təhlükəsizliyinin gücləndirilməsinə dəstək olduğu və Azərbaycanda yaşıl enerjinin inkişafına töhfə verdiyi qeyd olunub. Bankın üzv ölkələrlə investisiya proqramlarının hazırlanmasında geniş təcrübəyə malik olduğu və əsasən infrastruktur, o cümlədən energetika, nəqliyyat, şəhərsalma, logistika, telekommunikasiya, ətraf mühit və digər sahələrin inkişafına dəstək olduğu bildirilib.

Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib və yeni istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.