Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Azərbaycanda ötən il orta illik inflyasiya 2 %-dən çox olub

15 yan 2025, 13:11
Azərbaycanda ötən il orta illik inflyasiya 2 %-dən çox olub

2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 2,2 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 %, qeyri-qida məhsulları üzrə 1,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 4 % təşkil edib.

Liderxeber.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin dekabr ayında istehlak qiymətləri əvvəlki ilin eyni ayına nisbətən 4,9 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5,5 %, qeyri-qida məhsulları üzrə 2,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,3 % artıb.

Ötən ay istehlak qiymətləri əvvəlki aya nisbətən 1 % artıb. O cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 2 % artıb.

Dekabrda ayrı-ayrı qida məhsullarından daha çox artım uzun və yumru düyünün, mal-qoyun ətinin, balıq və balıq məhsullarının, südün, qatığın, şorun, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, almanın, heyvanın, narın, üzümün, qozun, fındığın, şabalıdın, göyərtinin, pomidorun, xiyarın, şirin bibərin, sarımsağın, soğanın, kartofun, qara və yaşıl çayın, azalma isə qarabaşaq yarmasının, limonun, portağalın, naringinin, süfrə çuğundurunun, yerkökünün qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,2 % artıb. Qeyri-qida mallarından artım məişət cihazlarının və şəxsi gigiyena məmulatlarının, azalma isə kəsilmiş taxtanın, ortopedik döşəklərin, fərdi kompüter və noutbukların qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Dekabrda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri noyabra nisbətən 0,3 % artıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən stomatoloji xidmətlərin, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.