Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Şahmar Mövsümov: "Azərbaycan üzərindən tranzit daşımalar 2019-2024-cü illərdə 2,5 dəfədən çox artıb"

17 dek 2024, 12:37
Şahmar Mövsümov: "Azərbaycan üzərindən tranzit daşımalar 2019-2024-cü illərdə 2,5 dəfədən çox artıb"

2019-2024-cü illərdə Azərbaycan üzərindən tranzit daşımaların həcmi 2,5 dəfədən çox artıb.

Liderxeber.az xəbər verir ki, bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Prezidentin köməkçisi Şahmar Mövsümov Bakıda keçirilən Gömrük-Biznes Forumunda bildirib.

O qeyd edib ki, beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın tranzit ölkə mövqeyini möhkəmləndirir, biznes subyektləri üçün əhəmiyyətli imkanlar yaradır: "Tranzit daşımalarının artımı Azərbaycanın Şimal-Cənub və Orta Dəhliz kimi dəhlizlərdəki mövqeyinin güclənməsi ilə əlaqədardır. Xüsusilə Orta Dəhliz vasitəsilə Çindən Avropaya yükdaşımaların səmərəliliyi artırılıb, tranzit müddəti 8-10 günə qədər azaldılıb. Bu nəticələr elektron xidmətlərin tətbiqində aparılan ardıcıl işlər hesabına əldə olunub. Elektron gömrük sisteminin istifadəsi nəticəsində əvvəllər günlərlə vaxt aparan əməliyyatlar indi bir neçə saat ərzində həyata keçirilir. Bu dəyişikliklər təkcə vaxt qazanmaq deyil, həm də iş mühitinin optimallaşdırılmasına və proseslərin daha şəffaf həyata keçirilməsinə töhfə verir. Həm tranzit müddətinin, həm də bəyannamələrin emalı müddətinin daha da azaldılması imkanları mövcuddur. Bu imkanları gömrük orqanları və biznes araşdırmalı və tətbiq etməlidir".

Ş.Mövsümovun sözlərinə görə, yalnız dialoq vasitəsilə özəl sektorla dövlət qurumları arasında ikitərəfli konstruktiv əməkdaşlığa nail olmaq mümkündür. O, gömrük və biznes arasında münasibətlərin inkişafının Prezident İlham Əliyevin diqqəti və iradəsi ilə yeni zirvələrə çatdığını diqqətə çatdırıb: "Gömrük prosedurlarının sadələşdirilməsi, elektron xidmətlərin tətbiqi və bürokratik maneələrin aradan qaldırılması sahəsində yerli və xarici sərmayəçilər üçün daha əlverişli şərait yaradılıb. Bu islahatlar iqtisadiyyatımızı gücləndirərək, Azərbaycanın qlobal dəyər zəncirində mühüm oyunçu olmasına şərait yaradır".