Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Əlillərin və şəhid ailələrinin icbari şəxsi sığorta vəsaiti hesabına sosial müdafiəsinin maliyyələşdirilməsi daha bir il uzadılıb

10 apr 2023, 10:39
Əlillərin və şəhid ailələrinin icbari şəxsi sığorta vəsaiti hesabına sosial müdafiəsinin maliyyələşdirilməsi daha bir il uzadılıb

Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi bu il də davam edəcək.

LiderXəbər xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” sərəncamda etdiyi dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsini əlavə olaraq 2022-ci və 2023-cü illərdə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçirəcək.

Xatırladaq ki, indiyədək bu müddət təkcə ötən ili əhatə edirdi.