Son Xəbərlər
Bu gün COP29 Global forumu zamanı Mavi Zonada təşkil olunan “Daha Yaxşı Pambıq”
“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
Türkiyənin “NOW TV” kanalında yayımlanan “Gizli bahçe” serialı final edir.
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start veriləcək.
İqlim maliyyəsi Paris Sazişinin məqsədlərinə, o cümlədən istixana qazı
Rusiya hökuməti dekabrın 1-dən ölkənin sərhədini keçə bilmək üçün biometrik
TDT nazirlər səviyyəsində ətraf mühit və dayanıqlı inkişaf sahəsində birgə
1991-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet
Son bir ayda Qəzza zolağında humanitar təşkilatların ən azı 20 işçisi İsrail
banner

GiLTEX "A" dərəcəsi ilə Amfori BSCI sertifikatını alıb - FOTO

26 okt 2024, 14:09
GiLTEX "A" dərəcəsi ilə Amfori BSCI sertifikatını alıb - FOTO

COP29-un Tekstil Tərəfdaşı olaraq dayanıqlılıq təcrübələrinə və qlobal iqlim hədəflərinə sadiqliyini vurğulayan GiLTEX MMC, dayanıqlılıq istiqamətində növbəti nailiyyət olaraq Amfori BSCI sertifikatını əldə edib.

Liderxeber.az xəbər verir ki, İsveçrənin SGS şirkəti tərəfindən keçirilən audit zamanı şirkət "A" dərəcəsi ilə qiymətləndirilib.

Bu nailiyyət, Azərbaycanda dayanıqlılıq hərəkatının əsas oyunçularından biri olan GP Cotton Holdings-in şirkətlərindən biri olan GiLTEX-in Amfori BSCI standartlarına yüksək səviyyədə uyğunluğunu və məsuliyyətli biznes praktikasına sahib olduğunu təsdiqləyir.

Amfori BSCI tələbləri H&M, Adidas, IKEA, Marks & Spencer və Amazon kimi dünya səviyyəli brendlər tərəfindən qəbul edilmiş standartdır. GiLTEX də bu sertifikata layiq görülən Azərbaycanın ilk tekstil şirkəti kimi qlobal təşkilatlar arasında öz yerini alıb.

Sözügedən sertifikat GiLTEX-in beynəlxalq bazarlarda sosial məsuliyyətli və təchizat zəncirində ədalətli iş şəraiti olan bir təşkilat kimi tanınmasına imkan yaradaraq, şirkətin uzunmüddətli əlaqələr qurmasına və ixrac potensialını artırmasına kömək edəcək.

"COP29 tərəfdaşlığı və Amfori BSCI sertifikatı, dayanıqlılıq fəaliyyətimizin davamıdır. Belə ki, biz uzun müddətdir strateji məqsədlərimizdən biri olan dayanıqlılıq istiqamətində önəmli addımlar atırıq. Bunlara misal olaraq, istehsalatda təbiətə zərər verməyən kimyəvi maddələrdən istifadə edilməsi, tullantı sularının təmizlənməsi və şirkətin nəqliyyat vasitələrində karbon emissiyalarına nəzarət olunması kimi tədbirləri sadalaya bilərəm." GiLTEX MMC-nin Baş direktoru Kamran Aqasi nailiyyətlə bağlı deyib. O, GiLTEX-də bundan sonra da dayanıqlılıq istiqamətində innovativ həllərin tətbiqinə davam edəcəklərini bildirib.

2003-cü ildə Avropa Xarici Ticarət Assosiasiyası tərəfindən yaradılan Amfori BSCI, dünyanın ən tanınmış sosial audit proqramlarından biridir və şirkətlərə insanların rifahını yaxşılaşdırmaq, təbii resurslardan məsuliyyətlə istifadə etmək və açıq ticarəti təşviq etmək istiqamətində dəstək verir. Bu standartlar Beynəlxalq Əmək Təşkilatı (ILO) və BMT-nin İnsan Hüquqları Nizamnaməsi kimi beynəlxalq tənzimləmələrə əsaslanır.

Redaktor üçün qeyd:

GiLTEX MMC, Azərbaycanda pambıq və tekstil istehsalı ilə məşğul olan GP Cotton Holdings-in bir hissəsidir və ölkənin tekstil sənayesində liderdir. Cənubi Qafqazda vertikal inteqrasiya sisteminə malik yeganə müəssisə olan GiLTEX, iplik, toxuculuq, boya, geyim və tibbi maska fabriklərindən ibarətdir. Hər il 18 milyon metr parça, 1800 ton trikotaj, 1000 ton dəsmal, 250,000 uniforma və 1 milyon yataq dəsti istehsal edə bilir. İstehsalatda əsasən GP Cotton Holdings şirkətinə daxil olan, pambıq istehsalı üzrə ixtisaslaşmış MKT İstehsalat Kommersiya MMC-in istehsal etdiyi yüksək keyfiyyətli yerli pambıqdan istifadə olunur. Fabriklər Belçika, Almaniya, Yaponiya və Türkiyədən gətirilmiş müasir avadanlıqlarla təchiz edilmişdir. Ətraflı məlumat üçün GiLTEX.az saytına daxil ola bilərsiniz.

GP Cotton Holdings Azərbaycanın ən böyük pambıq və tekstil istehsalçısıdır. Bu şirkətlər qrupu pambıq tədarük zəncirində pambığın yetişdirilməsi və yığılmasından tutmuş, müxtəlif çeşidli geyimlərin emalı və istehsalına qədər bütün mərhələləri əhatə edir. GP Cotton qrupa daxil olan GiLTEX və MKT vasitəsilə 5,000-dən çox insan üçün məşğulluq imkanı yaradır, həmçinin 10,000 fermer və aqronom komandası ilə sıx əməkdaşlıq edir. Birlikdə bu iki şirkət pambıqdan hazır məhsula kimi bütün istehsal prosesini həyata keçirdir. Bu yanaşma keyfiyyət və məhsuldarlığın tam nəzarət altında saxlanmasını təmin edir və GP Cotton Holdings-in dünya üzrə müştərilərinə yüksək keyfiyyətli məhsullar çatdırmasına imkan yaradır. GiLTEX köynək, dəsmal, forma və yataq dəstləri kimi hazır tekstil məhsullarının istehsalı üzrə ixtisaslaşıb. MKT kənd təsərrüfatı əməliyyatlarını nəzarət edir və fermerlər və aqronom komandası ilə sıx əməkdaşlıq edir.

COP- The Conference of the Parties (Tərəflərin Konfransı) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) illik görüşlərini ifadə edir. Bu konfranslar dünya üzrə ölkələrin nümayəndələrini bir araya gətirərək, iqlim dəyişikliyi ilə mübarizə sahəsində irəliləyişi qiymətləndirir və gələcək tədbirlər haqqında müzakirələr aparırlar. "COP" (Tərəflərin Konfransı) 2024-cü ilin noyabr ayında keçiriləcək növbəti COP29 konfransı Bakıda, Azərbaycan Respublikasında baş tutacaq (cop29.az). Azərbaycanın bu konfransa ev sahibliyi etməsi, ölkənin qlobal iqlim təşəbbüslərindəki fəal rolunu əks etdirir.