Son Xəbərlər
Misir Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrini daha da genişləndirməyə
Prezident İlham Əliyev Azərbaycan energetiklərinin təltif edilməsi haqqında
Azərbaycanda audiovizual media subyektlərinin sayı 95-ə çatıb. Liderxeber.az
Rusiya, Türkiyə və İran Azərbaycan və Ermənistana sülh sazişi üzərində işi
Xarici qüvvələrin regionda öz təhlükəli gündəlikləri, o cümlədən ziddiyyətli
Azərbaycanda valyuta mübadiləsi xidməti göstərən şirkətlərdən daha biri -
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan
Livanın "Hizbullah" hərəkatı İsraillə qarşıdurmada eskalasiyada yeni
"BakıKart" mobil tətbiq bərpa olunduqdan sonra sərnişinlər
Paytaxtın Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov, 197 ünvanında yaşayan sakinlər
banner

Azərbaycanda “Redmi 14C” smartfonlarının satışına start verilib: dəbli dizayn, geniş displey və rəvan performans

16 okt 2024, 20:15
Azərbaycanda “Redmi 14C” smartfonlarının satışına start verilib: dəbli dizayn, geniş displey və rəvan performans

"Xiaomi" şirkəti Azərbaycanda "Redmi 14C" smartfonlarının satışına start verib.

Eleqant dizaynı və cəlbedici performansı özündə birləşdirməsi bu smartfonları gündəlik istifadə üçün rahat alətə çevirir. Son dərəcə nazik korpus cihaza dəbli görünüş bəxş edir, geniş displey isə yayımlara və oyunlara maraq qatır. Güclü prosessor və həcmli batareya sayəsində "Redmi 14C" sabit performansı təmin edir ki, bu da istifadəçilərə cazibədar foto və videolar yaratmaq üçün müxtəlif funksiyalara və filtrlərə malik kameranın yaradıcı potensialından tam istifadə etməyə imkan verir.

Gündəlik istifadə üçün eleqant dizayn

"Redmi 14C" müasir istifadəçilərin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş üslubun və zərifliyin harmoniyalı ahəngidir. Smartfonun düz çərçivəyə və yuvarlaq kameraya malik 8,22 mm qalınlığında son dərəcə nazik korpusu¹ ona zərif görünüş bəxş edir və gündəlik istifadə üçün rahat alətə çevirir. Smartfon bu nəsil üçün unikal olan şüşə arxa panelli klassik versiyada, həmçinin qara və bənövşəyi rənglərdə təklif olunur. Bundan əlavə, model dəbli tutqun teksturaya malik yaşıl rəngdə, eləcə də düşən ulduz naxışlı mavi rəngdə mövcuddur. Bu rəng palitrası istifadəçilərə öz istəklərinə uyğun üslub seçməyə, bununla da gündəlik həyatlarına fərdilik qatmağa imkan verir.

Cəlbedici baxış təcrübəsi və etibarlı performans

"Redmi 14C" smartfonu elektron kitablar oxumaq, filmlər izləmək və ya oyunlar oynamaq üçün geniş baxış sahəsi təklif edən 6,88 düymlük displeyə malikdir. Bu, "Redmi" seriyasında ən böyük displey hesab olunur. Displey "TÜV Rheinland Low Blue Light" (proqram həlli) və "TÜV Rheinland Flicker Free" sertifikatlarına malikdir. "DC-Dimming" texnologiyası displeyi uzunmüddətli oxuma seansları və videozənglər üçün əla həllə çevirir. Smartfonda oxu rejimi və qaranlıq fon nəzərdə tutulub ki, bu da ekranı müxtəlif işıqlandırma şəraitlərinə uyğunlaşdırmağa imkan verir.

Smartfon 8 nüvəli "MediaTek Helio G81-Ultra" prosessoru və 5160 mAs həcmli batareya ilə təchiz edilib. Bu tandem böyük displeydən xoş istifadə təcrübəsi bəxş edir. Smartfon həmçinin 8 GB genişləndirilmiş yaddaş³ da daxil olmaqla 16 GB-dək operativ yaddaş təklif edir.

Həcmli batareya sizə gün ərzində multimediadan həzz almağa imkan verir və 22 saatadək fasiləsiz video yayımını təmin edir⁴. 18Vt gücündə sürətli şarj batareyanın şarjını qısa zamanda bərpa etməyə imkan verir.

Funksional kamera və istifadə rahatlığı

"Redmi 14C" foto və video çəkilişləri üçün cəlbedici imkanlar təklif edir. Aydın və dəqiq fotoşəkillər üçün 50MP-lik əsas kamera və zəif işıqlanma şəraitində belə çəkilişlər aparmaq üçün 13MP-lik ön kamera ilə təchiz edilmiş bu smartfon fotoşəkillərin keyfiyyətini artıran funksiyalar təklif edir.

Məsələn, "filmCamera" funksiyası foto və videoların yaradıcı tərtibatı üçün bir sıra filtrlər təqdim edir. Təbii və balanslaşdırılmış işıqlandırma yaratmaq üçün displeydən istifadə edən ön kameranın Yumşaq işıq halqası zəif işıqlandırma şəraitdə təbii işıqlandırmanı təmin edir, təkmilləşdirilmiş gözəlləşdirmə funksiyası isə hər fotoşəkildə ən gözəl cizgilərinizi qabartmağa imkan verir.

Bundan əlavə, "Redmi 14C" praktik həlləri ilə seçilir. Telefonun yan tərəfində yerləşdirilmiş barmaq izi sensoru cihazınızın kilidini tez və təhlükəsiz şəkildə açmağa imkan verir. 3,5 mm-lik qulaqlıq konnektoru müxtəlif audiocihazları qoşmağa imkan verir, səs gurluğu isə əvvəlki nəsillə müqayisədə 150%⁴ artırılıb ki, bu da hətta səs-küylü mühitlərdə belə zənglərin və bildirişlərin səs aydınlığını təmin edilir.

Qiymət və mövcud məhsullar

"Redmi 14C" smartfonlarını “Kontakt, “Baku Electronics, “Irshad və “World Telecom partnyor mağazalarında əldə edə bilərsiniz.

 Redmi 14C (4/128 GB) — 319.99 AZN

 Redmi 14C (8/256 GB) — 389.99 AZN

31 oktyabr 2024-cü il tarixinədək xüsusi aksiyadan yararlana bilərsiniz: smartfon alan hər kəsə "Redmi Buds 6 Play" qulaqlıqları hədiyyə!

Mövcud rənglər:

● “Midnight Black” (qara)

● “Sage Green” (yaşıl)

● “Dreamy Purple” (bənövşəyi)

● “Starry Blue” (mavi)