Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Azərbaycan iqtisadiyyatı 5 %-ə yaxın böyüyüb

14 okt 2024, 13:35
Azərbaycan iqtisadiyyatı 5 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 92 milyard 829,5 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Liderxeber.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 %, qeyri neft-qaz sektorunda isə 7,1 % artıb.

ÜDM istehsalının 37,1 %-i sənaye, 9,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 %-i tikinti, 2,4 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 %-i informasiya və rabitə sahələrinin, 19,2 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 %-ni təşkil edib.

Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 9 103 manat olub.