Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Azərbaycan və Belarus hərbi ekspertləri mühəndis-texniki təminat üzrə məsələləri müzakirə ediblər

10 okt 2024, 17:15
Azərbaycan və Belarus hərbi ekspertləri mühəndis-texniki təminat üzrə məsələləri müzakirə ediblər

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Belarusun Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib.

Bu barədə Liderxeber.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində qonaqlar Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olublar:

"Belarus nümayəndə heyətinə Mühəndis Qoşunlarının əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim olunub. Mühəndis Qoşunları Baş İdarəsinin rəisi general-mayor Anar Kərimov qonaqlara Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilmiş ərazilərdə minaların təmizlənməsi üzrə görülən işlər barədə məlumat verib.

Sonra qarşılıqlı mümkün əməkdaşlıq perspektivləri və bu sahədə əlaqələrin inkişaf etdirilməsi istiqamətində təkliflər müzakirə edilib. Səfərin növbəti günündə qonaqlar Mühəndis Qoşunları Baş İdarəsinin tabeliyindəki “N” hərbi hissəsində olublar. Nümayəndə heyəti mühəndis bölmələrinin silahlanmasında olan silah sursat, təchizat və texnika nümunələri, hərbi hissənin ərazisindəki mühəndis şəhərciyi ilə tanış olub."