Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

ECO "yaşıl keçid"lə bağlı Azərbaycanın irəli sürdüyü addımlara dəstək verəcək

26 sen 2024, 08:40
ECO "yaşıl keçid"lə bağlı Azərbaycanın irəli sürdüyü addımlara dəstək verəcək

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) baş katibi Əsəd Məcid Xan ilə görüşüb.

Bu barədə Liderxeber.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı tərəflər Azərbaycan və ECO arasında gündəlikdə duran əməkdaşlıq məsələlərinə, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əməkdaşlıq perspektivlərinə dair müzakirə aparıblar.

Nazir Ceyhun Bayramov Azərbaycanın ECO ilə əməkdaşlığa xüsusi önəm verdiyini, Azərbaycanın Təşkilat çərçivəsində regional əməkdaşlığın genişləndirilməsinə töhfə verməyə hər zaman hazır və maraqlı olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

İqtisadiyyat, enerji təhlükəsizliyi və nəqliyyat-kommunikasiyalar sahələri üzrə əməkdaşlığın genişləndirilməsinin hər iki tərəf üçün prioritet istiqamətlərdən olduğu qeyd edilib.

Təşkilatın üzv dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinin və bu vasitə ilə regionda ortaq iqtisadi inkişafa töhfə verilməsinin əhəmiyyəti vurğulanıb.

Təşkilatın fəaliyyət istiqamətlərinə və məqsədlərinə uyğun olaraq, regiondaxili və regionlararası ticarətin genişləndirilməsinin önəmi bir daha vurğulanıb.

Qarşı tərəf cari regional vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyinin hazırkı durumu barədə məlumatlandırılıb.

Baş katib Əsəd Məcid Xan Azərbaycanın Təşkilatın fəaliyyətində aktiv və məhsuldar iştirakının yüksək qiymətləndirildiyini, ölkəmizin ECO-ya üzv dövlətlər üçün etibarlı tərəfdaş hesab olunduğunu diqqətə çatdırıb.

Baş katib ECO-nun yaşıl və təmiz ətraf mühitə keçid ideyasına xüsusi əhəmiyyət verdiyini, bu istiqamətdə Azərbaycan tərəfindən irəli sürülmüş addım və təşəbbüslərin həyata keçirilməsinə müvafiq dəstək verməyə hazır olduqlarını bildirib.

Şuşa şəhərinin İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üçün turizm paytaxtı seçilməsinin əhəmiyyəti qeyd edilib, bu ildə birgə mümkün tədbirlər barədə ideyalar səslənib.

Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.