Son Xəbərlər
Alimlər "yerli vaxt" konsepsiyasını təklif ediblər. Liderxeber.az
"Brent" markalı etalon neftin bir barelinin qiyməti cümə axşamı 74
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və
COP29 çərçivəsində “EkoSfera” Sosial Ekoloji Mərkəzi uşaqların və gənclərin
Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiq edilib.
“Cəmi 1 qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiyanı ödəyirik”.
“Azərbaycanda rəsmi işsizlik 5%-in üzərindədir”. Liderxeber.az xəbər verir ki,
“Mən inanmıram ki, Azərbaycanın bütün xəstəxanaları adekvat işləmir”.
Milli Məclisdə İşsizlikdən Sığorta Fondunun adının dəyişdirilməsi təklif
Ötən gün Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv
banner

“Yango Azerbaijan” Bakıda hazır yeməklərin çatdırılması xidmətinə start verib

24 sen 2024, 11:35
“Yango Azerbaijan” Bakıda hazır yeməklərin çatdırılması xidmətinə start verib

Beynəlxalq texnologiyalar şirkəti "Yango Group"un tərkibinə daxil olan “Yango Azerbaijan” şirkəti Bakıda kafe və restoranlardan hazır yeməklərin çatdırılması xidmətinə start verib. “Yemək” adlanan bu xidmətdən “Yango” tətbiqi vasitəsilə yararlanmaq mümkündür.


Artıq şəhər sakinləri yeməkləri isti-isti birbaşa evlərinə sifariş edə bilərlər. KFC, “Shaurma 1”, “Burger King”, “Pizza Hut”, “FreshBox”, “Bir-Iki” və digərləri də daxil olmaqla 115-dən çox tərəfdaş restoran artıq xidmətə qoşulub. Bundan sonra da tərəfdaşların siyahısı böyüməkdə, çatdırılma sahəsi isə genişlənməkdə davam edəcək. “Yango” istifadəçiləri geniş çeşiddə yeməklər sifariş etmək imkanı əldə edəcək, tətbiqdəki filtrlər və xüsusi seçimlər isə sifariş prosesini asanlaşdırmağa şərait yaradacaq.


Kuryerlər sifarişləri tətbiqdə yerləşdirildikdən orta hesabla 30 dəqiqə ərzində ünvana çatdırırlar. Yeməklər termal çantalarda çatdırılır ki, bu da onları lazımi temperaturda saxlamağa imkan verir. Hazır yeməklər tərəfdaş logistika xidmətlərinin və ya restoranların əməkdaşları tərəfindən çatdırılır. Kuryerlər velosiped, motosiklet və avtomobillə hərəkət edirlər.


Servisin "ağıllı" texnologiyaları tərəfdaşlarla işi və çatdırılma vaxtını optimallaşdırmağa imkan verir. İstifadəçi mövcud restoranlar siyahısında ilk növbədə yaxın ərazidə yerləşən restoranları görür. Yeməklər hazırlandığı müddətdə platforma sifarişləri paylayır və mövcud kuryerləri nəzərə alaraq optimal marşrutlar qurur. Tətbiqdə yeməklərin çatdırılmasının bütün mərhələlərini - sifarişin statusunu və kuryerin olduğu yeri izləyə bilərsiniz.


“Azərbaycanda restoranlardan yeməklərin sifarişi xidmətinə tələb hələ də təklifi üstələyir, biz isə istifadəçilərimizə yüksək keyfiyyətli xidmət və sürətli çatdırılma təklif etməyə hazırıq. “Yango” tətbiqi artıq şəhər sakinlərinin gündəlik həyatını rahatlaşdırır. Onun vasitəsilə hava limanına taksi sifariş edə, həmkarlarınıza vacib sənədlər göndərə, indi isə həm də hazır yeməklərin restoranlardan sürətli və rahat çatdırılmasından yararlana bilərsiniz. Yeni xidmətin tərəfdaşları yeni müştərilər cəlb etmək, habelə tətbiqin marketinq alətləri vasitəsilə orta sifariş məbləğini və satışları artırmaqla 30%-dək daha artıq gəlir qazanmaq imkanı əldə edirlər”, - "Yango Azərbaycan"ın yeməklərin çatdırılması xidmətinin kommersiya direktoru Fərid Abdullayev bildirib.


Xidmətin istifadəyə verilməsi münasibətilə xüsusi təklif qüvvədədir: LEZZET promokodundan istifadə etməklə pulsuz çatdırılma və ilk sifarişə 6 AZN endirim. Sifarişiniz üçün ödənişi "Yango" hesabınıza əlavə edilmiş bank kartı vasitəsilə və ya nağd şəkildə edə bilərsiniz.


“Yango” gündəlik həyatı asanlaşdıran əsl şəhər supertətbiqidir. 2022-ci ildə Azərbaycan bazarına onlayn gediş sifarişi servisi kimi daxil olan “Yango” artıq ictimai nəqliyyatda səfərləri planlaşdırmağa, bağlamalar göndərməyə, məhsullar və restoranlardan hazır yeməklər sifariş etməyə imkan verir. Pulsuz “Yango” tətbiqini “App Store” və “Google Play”dən yükləyə bilərsiniz. TətbiqiOSAndroidəməliyyat sistemlərində çalışır.


"Yango Azerbaijan" haqqında


Beynəlxalq texnologiyalar şirkəti "Yango Group"un tərkibinə daxil olan “Yango Azerbaijan”  istifadəçilərə texnologiyalardan istifadə etməklə gündəlik həyatı asanlaşdırmağa imkan verir. “Yango Group” Birləşmiş Ərəb Əmirliyi (BƏƏ), Pakistan, Kolumbiya və s. kimi 20-dən çox ölkədə təmsil olunur. Azərbaycanda şirkət 2022-ci ildən etibarən taksi sifarişi və çatdırılma xidmətləri göstərir. 2024-cü ildə “Yango” supertətbiqinə ictimai nəqliyyatda səfərlərin planlaşdırılması xidməti, indi isə məhsullar və restoranlardan hazır yeməklər sifariş etmək xidmətləri əlavə olunub.