Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Bolqarıstan kombinatı SOCAR ilə birlikdə Panaqyurişteni qazlaşdırmağı planlaşdırır

09 sen 2024, 14:29
Bolqarıstan kombinatı SOCAR ilə birlikdə Panaqyurişteni qazlaşdırmağı planlaşdırır

Bolqarıstanın “Asarel Medet” dağ-mədən zənginləşdirmə kombinatı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə ölkənin Panaqyurişte şəhərinin (Pazarcik əyalətində, Sofiyadan 91 km şərqdə yerləşir) qazlaşdırılmasını həyata keçirməyi planlaşdırır.

Bu barədə Liderxeber.az-a kombinatın icraçı direktoru Nikolay Peltekov məlumat verib.

“Biz SOCAR ilə birlikdə şirkətimizin yerləşdiyi Panaqyurişte bələdiyyəsinin qazlaşdırılması layihəsini hazırlayırıq. Gələn il bu bələdiyyənin inzibati mərkəzi olan Panaqyuriştenin birgə qazlaşdırılmasına başlamağı planlaşdırırıq”, - icraçı direktor bildirib.

O qeyd edib ki, bu layihənin həyata keçirilməsi yaşayış evlərinin əsasən bərk yanacaqla qızdırıldığı regiona son dərəcə müsbət təsir göstərəcək.

N.Peltekov onu da xatırladıb ki, bu ilin iyun ayında SOCAR Bolqarıstanın sənaye müəssisələrinə, o cümlədən “Asarel Medet” kombinatına qaz tədarükünə başlayıb: “Biz strateji tərəfdaşımız olan SOCAR-ın uzunmüddətli perspektivdə bizi rəqabətqabiliyyətli qiymətlərlə qazla təmin edəcəyini gözləyirik”.

Qeyd edək ki, “Asarel Medet” kombinatı Bolqarıstanda mis və digər filiz növlərinin açıq üsulla hasilatını və emalını həyata keçirən ən böyük şirkətdir. Şirkət yüksək keyfiyyətli mis konsentratları və katod misi istehsal və tədarük edir. Bu il mayın 8-də SOCAR və “Asarel Investment” (“Asarel Medet” kombinatının törəməsi) arasında Anlaşma Memorandumu imzalanıb.