Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Pulunuz “Kapital Bank” istiqrazları ilə sizə daha çox gəlir gətirsin

30 avq 2024, 14:43
Pulunuz “Kapital Bank” istiqrazları ilə sizə daha çox gəlir gətirsin

Xəbər verdiyimiz kimi 26 avqust 2024-cü il tarixində Kapital Bank ASC-nin buraxılış həcmi 30 000 000 (otuz milyon) ABŞ dollar həcmində olan, subordinasiya olunmuş istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

İstiqrazların abunə yazılışı 24 sentyabr 2024-cü il tarixinə kimi 30 gün ərzində davam edəcək. Yerləşdirməsi isə 26 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasında baş tutacaq. Fiziki şəxslər Bankın filiallarına yaxınlaşaraq abunə yazılışında iştirak edə bilərlər. Həmçinin qeyd edilən tarixdə abunə yazılışında yerləşdirilmiş məbləğlərə əlavə olaraq məbləğin 3%-i həcmində günlük gəlir hesablanacaq. Eyni zamanda, istqraz alışı ilə bağlı bütün xərclər Kapital Bank tərəfindən qarşılanacaq.

Qeyd edək ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi 7%, faizlərin ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 7 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcək. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Ətraflı məlumat üçün: https://kbl.az/dix

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc