Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Azərbaycan iyunda Türkiyəyə qaz ixracı üzrə liderliyini qoruyub

28 avq 2024, 17:57
Azərbaycan iyunda Türkiyəyə qaz ixracı üzrə liderliyini qoruyub

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyəyə 5 milyard 680,7 milyon kubmetr qaz ixrac edib.

Liderxeber.az  xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDC) aylıq hesabatında deyilir.

Məlumata görə, bu, 2023-cü ilin ilk altı ayı ilə müqayisədə 6,3 % çoxdur.

Bu ilin iyun ayında isə Azərbaycan Türkiyəyə 996,95 milyon kubmetr təbii qaz ixrac edib ki, bu da 2023-cü ilin iyun ayı ilə müqayisədə 34,06 % çoxdur.

Beləliklə, Azərbaycan iyunda Türkiyəyə təbii qaz ixrac edən ölkələr arasında liderliyini qoruyub. Qeyd olunan dövrdə Türkiyənin idxal etdiyi təbii qazın 43,07 %-i Azərbaycanın payına düşüb.

Ümumilikdə, iyun ayında Türkiyəyə 2 milyard 314,93 milyon kubmetr [azalma 0,75 %] qaz idxal edilib. 1 milyard 950,83 milyon kubmetr (bütün tədarükün 84,27 %-i, artım 4,3 %) boru kəməri qazının, 364,1 milyon kubmetr (bütün tədarükün 15,73 %-i, azalma 21,2 %) mayeləşdirilmiş təbii qazın (LNG) payına düşüb.

İyunda Türkiyəyə 4 ölkədən (Azərbaycan, Rusiya, İran - boru kəmərləri ilə, ABŞ, Əlcəzair - mayeləşdirilmiş təbii qaz) qaz nəql olunub.