Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Azərbaycan bir sıra ölkələrlə radiotezliklərdən istifadəni müzakirə edəcək

28 mar 2023, 16:39
Azərbaycan bir sıra ölkələrlə radiotezliklərdən istifadəni müzakirə edəcək

Azərbaycan bir sıra ölkələrlə yeni nəsil yerüstü və peyk texnologiyalarının, habelə aeronaviqasiya xidmətlərinin tətbiqi üçün radiotezliklərdən səmərəli və maneəsiz istifadə ilə bağlı müzakirələr aparacaq.

LiderXəbər “Report” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr ötən gün İsveçrənin Cenevrə şəhərində işə başlamış Ümumdünya Radiorabitə Konfransına son hazırlıq iclası çərçivəsində baş tutacaq.

Tədbirdə ölkəmizi nazirliyin nümayəndələri ilə yanaşı, Dövlət Radiotezliklər İdarəsi və Kosmik Agentliyin ("Azərkosmos") mütəxəssisləri təmsil edirlər.

İclasda adıçəkilən konfransın gündəliyinə daxil olan məsələlər, o cümlədən növbəti illərdə yeni nəsil yerüstü və peyk texnologiyalarının, habelə aeronaviqasiya xidmətlərinin tətbiqi üçün radiotezliklərdən səmərəli və maneəsiz istifadənin təmin edilməsi üzrə hazırlanmış müvafiq tövsiyə və qətnamə xarakterli sənədlərin layihələri müzakirə ediləcək.

Həmçinin iki həftə davam edəcək tədbir çərçivəsində sözügedən sahədə Azərbaycanın milli maraqlarının təmin edilməsi məqsədilə müxtəlif regional təşkilatlarla və aidiyyəti rabitə administrasiyaları ilə zəruri koordinasiya görüşlərinin keçirilməsi nəzərdə tutulur.