Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Bu il Azərbaycanın BRİCS ölkələri ilə ticarət dövriyyəsi 6 mlrd. dollara yaxınlaşıb

26 avq 2024, 15:16
Bu il Azərbaycanın BRİCS ölkələri ilə ticarət dövriyyəsi 6 mlrd. dollara yaxınlaşıb

2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanın BRICS ölkələri ilə ticarət dövriyyəsi 5 milyard 837,895 milyon ABŞ dolları təşkil edib.

Liderxeber.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.2% və ya 490.3 milyon ABŞ dolları çoxdur.

Hesabat dövründə Azərbaycandan BRICS ölkələrinə ixrac 1 milyard 283,071 milyon ABŞ dolları, BRICS ölkələrindən idxal isə 4 milyard 554,824 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu dövrdə BRICS ölkələri ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 21.7%-nə bərabər olub.

Xatırladaq ki, 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin BRICS qrupunu yaradıb. Dörd il sonra Cənubi Afrika da ona qoşulduqdan sonra, təşkilat BRICS adlanmağa başlayıb. Bu ildən Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də təşkilata üzv olub. Azərbaycan BRICS-ə üzvlük üçün rəsmi müraciət edib.