Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

ETX Azərbaycan-Fransız Universiteti ilə Anlaşma Memorandumu imzalayıb

09 avq 2024, 16:46
ETX Azərbaycan-Fransız Universiteti ilə Anlaşma Memorandumu imzalayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Azərbaycan-Fransız Universiteti (UFAZ) arasında Anlaşma Memorandumu imzalanıb.

Liderxeber.az nazirliyə istinadən xəbər verir ki, sənədin əsas məqsədi informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi, həmçinin sosial şəbəkələrdən istifadə qaydaları üzrə ictimai məlumatlılığın artırılması istiqamətində birgə fəaliyyətin təşkil edilməsidir.

Əməkdaşlıq çərçivəsində ETX-nin UFAZ-da təhsil alan tələbələr üçün bilik mübadiləsi sessiyaları, maarifləndirici tədbir və təlimlər təşkil etməsi, həmçinin qurum nümayəndələrinin universitetin təşkil etdiyi tədbirlərdə qonaq spiker qismində çıxış etməsi nəzərdə tutulur.