Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Dövlət müəssisələrində kağızdan istifadə minimuma endirilir

05 avq 2024, 16:56
Dövlət müəssisələrində kağızdan istifadə minimuma endirilir

"Kağızsız hökumət”ə keçid çərçivəsində Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə dövlət müəssisələrinin uğurlu inteqrasiyası davam edir.

Liderxeber.az xəbər verir ki, bütün dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, eyni zamanda dövlət adından yaradılan publik hüquqi şəxslər Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə inteqrasiya olunub. Artıq sözügedən qurumlarda sənəd mübadiləsi real vaxt rejimində və təhlükəsiz formada rəqəmsal olaraq aparılacaq. Bu inteqrasiya  inzibati prosesləri sadələşdirmək və əməliyyat səmərəliliyini artıraraq kağızdan istifadəni minimuma endirmək məqsədi daşıyır.

Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi qabaqcıl texnologiyalardan maksimum səviyyədə istifadə etməklə, daha səmərəli və şəffaf rəqəmsal hökumətin qurulmasında mühüm addımdır. Həmçinin, Azərbaycanın nüfuzlu beynəlxalq tədbir olan COP29-a ev sahibliyi etdiyi dövrdə ətraf mühitə və ekoloji dayanıqlılığa müsbət təsirləri ilə önəmli məqamları özündə daşıyır. "Kağızsız hökumət"ə uğurlu və sürətli keçid üçün bütün dövlət qurumlarının rəqəmsal altsistemə inteqrasiya prosesində fəal iştirakı önəmlidir. 

Qeyd edək ki, Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2023-cü il tarixli 2279 nömrəli Fərmanına əsasən, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən hazırlanaraq istismara təqdim edilib. Sözügedən fərmanın icrası çərçivəsində bu günə qədər dövlət orqanları və tabeli alt qurumlar da nəzərə alınmaqla, altsistemə 1400-dən çox qurum inteqrasiya olunub. Rəqəmsal Sənəd Dövriyyəsi altsistemindən istifadə etməklə qurumlar arasında ümumilikdə aylıq olaraq 500 mindən çox sənəd dövr edir ki, bununla da istifadə olunan kağızın həcminə qeyd olunan sayda qənaət edilir