Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Nazir: "Süni intellektin əmək bazarına təsiri nəticəsində xeyli sayda insan iş yerini itirəcək"

19 iyl 2024, 17:06
Nazir: "Süni intellektin əmək bazarına təsiri nəticəsində xeyli sayda insan iş yerini itirəcək"

"Süni intellektin əmək bazarına təsiri nəticəsində xeyli sayda insan iş yerini itirəcək".
Liderxeber.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dördüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, süni intellektin əmək bazarına təsiri nəticəsində 85 milyon insan iş yerini itirəcək:
"Buna baxmayaraq, yeni müasir tələblərə uyğun 97 milyon yeni iş yeri açılacaq.
Bu gün əmək bazarında xeyli sayda ixtisassız işçi qüvvəsi var".