Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfədən çox azaldıb

19 iyl 2024, 13:38
Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfədən çox azaldıb

Gürcüstan 2024-cü ilin ilk 6 ayı ərzində Azərbaycana 120,69 milyon dollar dəyərində 6 335 ədəd avtomobil ixrac edib.

Liderxeber.az-ın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, Azərbaycana ixrac edilən avtomobillərin sayı illik ifadədə 7 871 ədəd və ya 2,24 dəfə, dəyəri isə 105,4 milyon dollar və ya 1,87 dəfə azdır.
Ötən ilin yanvar-iyun ayları ərzində Gürcüstan Azərbaycana 226,1 milyon dollar dəyərində 14 206 ədəd avtomobil ixrac edib.
Cari ildə avtomobil ixracı Gürcüstanın əsas ixrac istiqaməti olub. Bu ilin birinci yarısında Gürcüstan ümumilikdə 933,93 milyon dollar dəyərində avtomobil ixrac edib ki, bu da illik ifadədə 5,7% azdır.