Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Hotelçilər üçün təlimlərə start verilib

18 iyl 2024, 15:54
Hotelçilər üçün təlimlərə start verilib

Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Hotel Assosiasiyası tərəfindən qonaqpərvərlik xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə “İxtisaslaşmış Hotelçilik” təlimlərinə start verilib. 

Liderxeber.az xəbər verir ki, 2 ay davam edəcək “İxtisaslaşmış hotelçilik” təlimləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkili ilə əlaqədar Bakı, Abşeron, Sumqayıt rayonunda yerləşən yerləşmə vasitələrinin işçi personalı üçün nəzərdə tutulub.

Təcrübəli təlimçilər tərəfindən təmizlik şöbəsi, iaşə xidməti, ön büro və idarəçilər üçün idarəetmə istiqamətlərində keçirilən ödənişsiz təlimlərdə iştirakçılar sahə üzrə praktiki biliklər əldə etmək, yerli sənaye mütəxəssislərinin təcrübələrindən faydalanmaq imkanı əldə edirlər. 

Bakı, Abşeron, Sumqayıt regionunda yerləşən hotellərin əməkdaşları [email protected][email protected] elektron poçt ünvanlarına müraciət edərək qeydiyyatdan keçə və təlimlərdə iştirak edə bilərlər.