Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Dövlət Vergi Xidməti ilə ADA Universiteti arasında Memorandum imzalanıb

14 iyl 2024, 12:41
Dövlət Vergi Xidməti ilə ADA Universiteti arasında Memorandum imzalanıb

ADA Universiteti ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) arasında nəzəri və təcrübi biliklərin artırılmasına dair birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd tərəflər arasında intensiv əlaqələr qurmaqla faydalı əməkdaşlığın təşviqini və gücləndirilməsini ehtiva edir.

Liderxeber.az xəbər verir ki, memorandum ayrı-ayrılıqda və ümumi hədəflərə nail olmaq üçün tərəflərin birgə və koordinasiyalı əməkdaşlığını, ADA Universitetində təhsil alan tələbələrin  DVX-nin struktur bölmələrində təcrübə keçməsini, birgə yerli və beynəlxalq elmi konfransların, dəyirmi masaların, seminarların, təlim kurslarının, simulyasiyaların (müsabiqələrin), forumların, sərgi və görüşlərin keçirilməsini, müştərək layihələrin, müvafiq dərs vəsaitlərinin, elmi məqalələrin və nəşrlərin hazırlanmasını, tələbələrin könüllülər qismində Xidmətin aparatı və müxtəlif qurumlarında könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə əsasında işə cəlb edilməsini, DVX əməkdaşlarının universitetin tədrisində nəzərdə tutulan mövzulara müəllim və təlimçi qismində cəlbini və digər məsələləri əhatə edir.

Anlaşma Memorandumunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli və ADA Universiteinin Dövlət, xarici və tələbə işləri üzrə prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə imzalayıblar.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə əməkdaşlıq istiqamətlərinin əhəmiyyətindən danışıb, memorandumun hər iki tərəf üçün fayda gətirəcəyini vurğulayıb. Qeyd olunub ki, Universitet bu əməkdaşlığı genişləndirməkdə, DVX ilə birgə layihələrin həyata keçirilməsində maraqlıdır və dövlət qurumlarının ehtiyacları istiqamətində müvafiq kadr bazasının yetişdirilməsinə dəstək verir.

Tədbirdə çıxış edən DVX rəisi Orxan Nəzərli imzalanmış sənədin əhəmiyyətini vurğulayaraq bunun elmi-praktiki əlaqələrin inkişaf etdirilməsinə, ixtisaslı kadr hazırlığının təmin olunmasına, qarşılıqlı maraq doğuran sahələrdə mövcud təcrübəni bölüşməklə bərabər maraqlar əsasında birgə əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Tədbirdə ADA Universitetinin prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva Universitetin nailiyyətləri ilə bağlı təqdimat edib. Bildirilib ki, 30 müxtəlif proqram, 7 fakültə və 200-dən çox müəllimə malik Universitet 150-dək beynəlxalq partnyor təşkilatla əməkdaşlıq edir, burada 5.000-ə yaxın tələbə təhsil alır. Universitet nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun xəttilə beynəlxalq konfrans və proqramlar təşkil edilir.

Tədbirdə tərəflər qarşılıqlı maraq doğuran məsələləri geniş müzakirə ediblər. Əməkdaşlığın uzun müddət davam etdirilməsi və gələcəkdə insan kapitalının davamlı inkişafı istiqamətində əhatə dairəsinin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.