Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olundu

02 iyl 2024, 15:07
ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olundu

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Çin Xalq Respublikasının Szyansu əyaləti hökumətinin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş zamanı Orta Dəhlizə yeni yüklərin cəlb olunması, iki ölkə arasında qarışlıqlı əlaqələrin mövcud və gələcək inkişaf perspektivləri, hər iki tərəfi maraqlandıran aktual məsələlər və Azərbaycan ərazisindən keçən tranzit daşımaların Çin tərəfindən subsidiyalaşdırılması barədə fikir mübadiləsi aparılıb.

Görüşün yekunu üzrə əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum tərəflər arasında dəmir yolu nəqliyyatı sahəsində ikitərəfli əlaqələrin inkişafı və Orta Dəhliz üzrə daşımaların həcminin artırılmasına xidmət edəcək.
Qeyd edək ki, Szyansu əyaləti ilə əməkdaşlıq çərçivəsində Çinin bu bölgəsindən Azərbaycana ilk blok qatarı iyunun 20-də yola düşüb və yaxın günlərdə Bakıya çatacaq.