Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

"Sabah City" texnoparkı yaradılacaq

27 iyn 2024, 14:32
"Sabah City" texnoparkı yaradılacaq

"Sabah City" texnoparkı yaradılacaq.

Liderxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Sabah HUB İnnovasiya mərkəzinin direktoru Rəhim Bayramlı deyib. O bildirib ki, "Sabah city" Elm və Təhsil Nazirliyi ilə birlikdə aparılan layihədir:

"Eko sistemin inkişafı üçün tələbələri bir yerdə cəmləmə və tədqiqatlar aparmaq istəyirik. Yaxın iki il ərzində" Sabah City" İnnovasiya mərkəzinin yaradılmasını düşünürük".

O, həmçinin bildirib ki, 25 milyon dollarlıq sabah fondu yaradılacaq :

"Fondun məqsədi Azərbaycanda və Cənubi Qafqazda, Mərkəzi Asiyada startapları yatırımlarla təmin etməkdir. Düşünürük ki, 100-500 min dollar civarında yatırımlar etməkdir. Yaxın dörd il ərzində bölgədə 50-60 startapa investisiya yatırmağı düşünürük".

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsi planlaşdırılan layihələrə gəlincə, o qeyd edib ki, həmin ərazilərdə də layihələrin həyata keçirilməsi planlaşdırılır:

"İnsanlar haradadırlarsa, bacarıqlar haradadırsa, biz də eko sistem olaraq orada olacağıq. Yaxın zamanda Qarabağ universiteti fəaliyyətə başlayacaq. Orada olan sahibkarlar tələbələrin startapları da əlbəttə ki, bizə maraqlı olacaq".