Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

ADY Türkmənistanda Orta Dəhlizin şaxələndirilməsi imkanlarını müzakirə etdi

25 iyn 2024, 10:33
ADY Türkmənistanda Orta Dəhlizin şaxələndirilməsi imkanlarını müzakirə etdi

Türkmənistanda işgüzar səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Aşqabad şəhərində Türkmənistan Dəmir Yolları Agentliyinin sədri Azat Atamuradov və Türkmənistan Dəniz Yolları Agentliyinin yüksək nümayəndə heyəti ilə görüşüb.

Görüşdə iki ölkə arasında dəmir yolu sahəsində əlaqələrin gücləndirilməsi və yük dövriyyəsinin, eyni zamanda Orta Asiya – Avropa – Orta Asiya və Çin – Avropa – Çin istiqamətlərində multimodal yük daşımalarının həcminin artırılması, əməkdaşlıq üçün böyük potensialın olduğu və bu imkanların Avropa bazarında tanıdılmasının vacibliyi geniş müzakirə olunub.

 Bundan başqa, ADY sədri səfər çərçivəsində “Türkmənneft”, “Türkmənqaz”, “Türkmənkimya” Dövlət konsernləri və Türkmənistan Dövlət Xammal və Məhsul Birjasının rəhbərləri ilə görüşlər keçirib, onlara Orta Dəhlizin imkanlarının genişləndirilməsi üzrə ADY tərəfindən görülən işlər barədə ətraflı məlumat verib.