Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Kapital Bank-ın dəstəyi ilə “Bakı Yayı-2024” turniri keçirilib 

21 iyn 2024, 10:55
Kapital Bank-ın dəstəyi ilə “Bakı Yayı-2024” turniri keçirilib 

Ölkənin birinci bankı Kapital Bank-ın Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində “Bakı Yayı-2024” intellektual oyunlar kuboku baş tutub. 6-11-ci sinif şagirdlərinin iştirak etdiyi yarışma “Nə? Harada? Nə zaman?” və “Breyn Rinq” formatında keçirilən intellektual oyunları əhatə edib. Yarışmada respublika çempionatını uğurla başa vurmuş, Bakı və Sumqayıt şəhərlərini təmsil edən 16 ən yaxşı komanda mübarizə aparıb.

Liderxeber.az xəbər verir ki, intellektualların gərgin mübarizəsində Sumqayıt şəhərini təmsil edən “Dahilər” komandası “Nə? Harada? Nə zaman?”, Bakı şəhərini təmsil edən “Zəkalar Sr” komandası isə “Breyn Rinq” oyunu üzrə birincilik əldə edib. Zəkalar Sr” komandası eyni zamanda “Bakı yayı-2024” intellektual oyunlar üzrə də yarışın ümumi qalibi adına layiq görülüb. 

Sonda yarışın qalibləri və iştirakçıları kubok, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar. 

Qeyd edək ki, Kapital Bank korporativ sosial məsuliyyət yönümlü fəaliyyətinə uyğun olaraq Elm və Təhsil Nazirliyi ilə mütəmadi əməkdaşlıq edir, intellektual oyunları və təhsil layihələrini dəstəkləyir. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/