Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Neftçalanın icra başçısı taxıl biçini ilə tanış olub

13 iyn 2024, 19:26
Neftçalanın icra başçısı taxıl biçini ilə tanış olub

Neftçala rayonunda arpa biçini davam edir.
 
Liderxeber.az xəbər verir ki, respublikanın bölgələrində olduğu kimi Neftçala rayonunda da, arpa biçini davam edir. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Yuxarı Qaramanlı kəndində fermerlərin, Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə fermer, Mütəllimmov Rüfət Əlifağa oğlunun taxıl sahəsində biçinin gedişi ilə tanış olub.

Fermerlə səmimi görüş zamanı, payızlıq taxıl əkini dövründə onları narahat məsələlər, gübrə təminatı, əkin subsidiyalarının, əkin suyunun vaxtında verilməsi, kənd təsərrüfatı texnikaları ilə təminat məsələləri Rayon İcra Hakimiyyəti başçısı tərəfindən ətraflı öyrənilmiş, qarşılıqlı fikir mübadiləsi aparılmış, fermerləri maraqlandıran suallar cavablandırılmışdır. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün “Aqroservis” ASC tərəfindən Neftçala rayonuna digər bölgələrdən əlavə cəlb olunmaqla ümumilikdə 61 ədəd kombayn dislokasiya edilmişdir.
 
Biçin dövrünü ilk başlandığı rayonlardan biri olan Neftçala rayonunda payızlıq əkin dövründə 26715 hektar sahədə arpa əkilmiş, 75,4 faiz arpa biçini yekunlaşıb, 20161 hektar sahədən 40322 ton məhsul yığılıb, arpa üzrə orta məhsuldarlıq 20,1 sentner təşkil edir və hazırda arpa biçini davam etməkdədir.