Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

“Final” çayın dəstəyi ilə qaçış marafonu keçirilib

31 may 2024, 11:39
“Final” çayın dəstəyi ilə qaçış marafonu keçirilib

Daim müxtəlif sosialyönümlü layihələrə dəstək olan sevilən çay markası “Final” çay bu dəfə Gəncədə keçirilən qaçış marafonuna dəstək olub.
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarış müstəqillik ilinə həsr olunub. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Gəlin birlikdə qaçaq” şüarı ilə təşkil edilən marafonda 400-500 nəfər qaçıb.

Ölkənin müxtəlif bölgələrindən qatılan iştirakçılar ümumilikdə 11 km məsafəni qət ediblər. Gələn qonaqlar “Final” çayın müşayiəti ilə marafonu izləyiblər. Əsrarəngiz dadı və qoxusu ilə əsl Şri Lanka çayı olan “Final” çay yarışanlara hədiyyə qutusu təqdim edib.

Qeyd edək ki, 30 ilə yaxındır ki, istehlakçılara təqdim edilən "Final çay" artıq bir klassikaya çevrilib. Müasir texnologiyaların tətbiqi ilə istehsal edilən bu marka yüksək keyfiyyəti ilə hər kəsin sevimlisi olmağa davam edir.