Naxçıvanda ilk dəfə "Sığorta festivalı" təşkil olunacaq.
Bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev deyib.
O qeyd edib ki, bu il sentyabr ayında Naxçıvanda sığorta maarifləndirilməsi sahəsində geniş bir layihəyə başlanılacaq:
"İlk dəfə Naxçıvanda "Sığorta festivalı" təşkil olunacaq. Həm ölkə, həm də Naxçıvan mediasında, həm də sosial medialarda sığorta sahəsində marifləndirmə tədbirləri intensiv olacaq".