Son Xəbərlər
Azərbaycan ərazisində fevralın 8-nə gözlənilən hava şəraiti haqqında proqnoz
"Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına
Bakı məktəblərində təhlükəli oyunla bağlı araşdırma aparılıb. Sosial şəbəkədə
5 yox, 3 uşağı olanlar da çoxuşaqlı ailə hesab ediləcək. Liderxeber.az məlumat
ADY paytaxt Bakı və regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə
Böyük Britaniya hökuməti "Apple" şirkətindən bütün dünya üzrə
Dövlət İmtahan Mərkəzi tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış
"Bakı şəhərində iki böyük parkın istifadəyə verilməsi nəzərdə
Bakıda güclü külək ağacı qopararaq parklanmış avtomobillərin üzərinə atıb.
Xəbər verdiyimiz kimi, Prezidentin imzaladığı Sərəncamla Anar Əliyev əmək və
banner

Bakı Mühəndislik Universitetində “Kapital Bank otağı" istifadəyə verildi

24 may 2024, 12:11
Bakı Mühəndislik Universitetində “Kapital Bank otağı" istifadəyə verildi

Bakı Mühəndislik Universiteti (BMU) və Kapital Bank arasında memorandum imzalandı və yeni strateji əməkdaşlığın əsası qoyuldu.

Mərasimdə Kapital Bank-ın İdarə heyətinin sədri Fərid Hüseynov, BMU-nun rektoru Yaqub Piriyev və hər iki qurumun nümayəndələri iştirak etdilər.

Tədbirdə çıxış edən Kapital Bank-ın İdarə heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov bildirdi ki, “Bu gün imzaladığımız memorandum, Kapital Bank və Bakı Mühəndislik Universiteti arasında daha sıx və uğurlu əməkdaşlığın başlanğıcıdır. Biz inanırıq ki, hər iki tərəfin strateji inkişaf planına uyğun olan bu əməkdaşlıq həm universitet, həm də bank üçün yeni imkanlar yaradacaq və uzunmüddətli, faydalı münasibətlərin inkişafına töhfə verəcək”.

Universitetin rektoru Yaqub Priyev isə çıxışında bu əməkdaşlıq sayəsində tələbələrin praktiki biliklər əldə edəcəyini, gələcək karyeraları üçün vacib təcrübələr qazanacağını, eləcə də iş dünyasına daha hazırlıqlı şəkildə atılacaqlarını vurğuladı.

İmzalanma mərasiminin ardından Bakı Mühəndislik Universitetinin (BMU) nəzdində ağıllı lövhə, müvafiq sayda notbuk və digər zəruri ofis avadanlıqları ilə tam təchiz edilmiş 80 nəfərlik müasir "Kapital Bank otağı"nın açılış mərasimi keçirildi. Mərasimdə vaxtıilə Bakı Mühəndislik Universitetində təhsil almış, bu gün isə Kapital Bank-ın menecer heyətində yer alan bank əməkdaşları öz təsüratlarını bölüşdülər.

Xatırladaq ki, hər zaman təhsilə dəstək layihələri ilə gündəmə gələn Kapital Bank daha öncəAzərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetlərində müasir texnoloji standartlara cavab verən “Kapital Bank” otaqlarının açılışını həyata keçirib.