Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Bakıda qadın liderliyinə həsr olunmuş “SHE Congress” keçirilib

22 may 2024, 17:02
Bakıda qadın liderliyinə həsr olunmuş “SHE Congress” keçirilib

Bu gün Heydər Əliyev Mərkəzində regionun qadın liderliyinə həsr olunan ən böyük tədbirlərindən biri olan altıncı “SHE Congress” tədbirinin açılış mərasimi keçirilib.

Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən “Azerbaijan Business Women” təşkilatının təsisçisi Tatyana Mikayılova deyib ki, tədbirin keçirilməsində əsas məqsəd qadınların qanun çərçivəsində hüquqlarının müdafiəsi və cəmiyyətdə qadınlarla kişilər arasında bərabərliyin, dayanıqlığın təmin olunmasıdır.

“Biz “SHE Congress”də qadınlar üçün toplaşmışıq və onların cəmiyyətdə bərabər hüquqları üçün mübarizə aparacağıq. Biz bunu yalnız sevgi və hörmət çərçivəsində həll etmək niyyətindəyik. Qadın üçün seçimin var olması çox vacibdir. Qadın ana, bacı, biznesmen, mühəndis, müəllimə və ya astronavt ola bilər. Əsas qadını seçim hüququndan məhrum etməməkdir”, - deyə Tatyana Mikayılova vurğulayıb.

Tədbirdə aktual mövzular, qadınların biznes və şəxsi inkişaf sahəsində qarşılaşdıqları çağırışların müzakirəsi aparılır. Konqresin mövzusu “İndinin gücü: Anı yaşa”dır (The Power of Now: Live the Moment!).

Tədbirin tərəfdaşları arasında Heydər Əliyev Mərkəzi, KOBIA, “Yelobank”, “Azercell”, “Mastercard”, “UN Global Compact”, “Crimson Education” və “Baku Media Centre” kimi nüfuzlu qurum və təşkilatlar yer alır.

Qeyd edək ki, “SHE (Smart, Happy, Equal) Congress”i ekspertləri, biznes liderlərini və sahibkarları bir araya gətirən unikal platformadır. 2017-ci ildə təsis edildiyi gündən bəri konqres ünsiyyət qurmaq, öyrənmək və təcrübə mübadiləsi aparmaq üçün imkanlar təqdim etməklə qadınların şəxsi və peşəkar inkişafını təşviq edir. Bu gün “SHE Congress” Azərbaycanda və ölkənin hüdudlarından kənarda qadın liderliyini önə çəkən mühüm hadisə hesab olunur.