Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Kapital Bank tanınmış fotoqrafın kartından niyə pul tutub? - YENİLƏNİB

21 may 2024, 08:44
Kapital Bank tanınmış fotoqrafın kartından niyə pul tutub? - YENİLƏNİB

Bəzən sosial şəbəkələrdə bank müştərilərinin hesablarından onların özlərinin xəbəri olmadan pul silinmələri olduqlarından gileyləndiklərinin şahidi oluruq. Belə qurbanlardan biri də tanınmış fotoqraf Valeh Arifoğludur. O, başına gələn hadisəni bizimlə bölüşüb. V.Arifoğlu Pressa-ya açıqlamasında bildirdi ki, Kapital Bank tərəfindən onun şəxsi kart hesabından 129 manat 17 qəpik pul tutulub, 20 manat 83 qəpik isə hələ də mənfidir.

“Bununla bağlı bankın qaynar xəttinə zəng vurdum. Operator mənə bildirdi ki, kartınız mənfiyə düşüb, ona görə hesabınızdan pul tutulub. Bu necə ola bilər axı? Mənim xəbərim olmadan kartım necə mənfiyə düşə bilər? Hesabımdan necə pul tutula bilər, özü də xəbərdarlıq olunmadan”.

17:35

Mövzuyla bağlı Kapital Bankın Pressa-nın sorğusuna cavabını sizə təqdim edirik:

"Müştərimiz Valeh Arifoğlunun müraciətinə əsasən tərəfimizdən araşdırılma aparıldı. Bəlli oldu ki, müştəriyə digər bankdan 150 AZN məbləğində pul göndərilib və balansı artırılıb. Qaydalara əsasən, həmin məbləğ göndərilən bank tərəfindən təyin edilən vaxt ərzində təsdiq edilmədiyi üçün müştərinin balansından silinib. Məbləğdən xərclənən hissə isə müştərinin balansında borc kimi görünüb. Məsələ ilə bağlı müştəriyə ətraflı məlumat verilib və qarşı banka müraciət edilməli olduğu bildirilib".