Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Bazarstore "Qızıl Şah" Milli Kulinariya Çempionatının rəsmi tərəfdaşı oldu

20 may 2024, 13:19
Bazarstore "Qızıl Şah" Milli Kulinariya Çempionatının rəsmi tərəfdaşı oldu

38 ölkədən 500-ə yaxın şirkətin iştirakı ilə Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sənayesi sərgisinin açılışı oldu
 
Mayın 15-də Bakı Ekspo Mərkəzində sayca 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro”) və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin (“InterFood Azerbaijan”) açılışı oldu. Sərgidə 38 ölkədən 500-ə yaxın şirkətin iştirakı ilə rekord sayda milli və regional stendlərin nümayişi baş tutdu. Sərgini Azərbaycanın müxtəlif dövlət və şirkət nümayəndələri, yüzlərlərlə qonaq ziyarət etdi. 
 
Bazarstore “Qızıl Şah” Milli Azərbaycan Mətbəxi çempionatının rəsmi tərəfdaşı oldu.
 
Sərgidə həmçinin Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasının tərəfdaşlığı (“Wordlchefs”) ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) tərəfindən təşkil olunan, dahi Azərbaycan aşpazı Şahhüseyn Kərimovun şərəfinə “Qızıl Şah” Milli Azərbaycan Mətbəxi çempionatı keçirildi.

Ənənəvi olaraq bu il də çempionatın  əsas tərəfdaşlarından biri Bazarstore oldu. Minlərlə ziyarətçi sərgi zalında qurulan Bazarstore mağazasını ziyarət edib, fəaliyyəti il ətraflı maraqlanmışdır. Həmçinin xarici şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib, onlar tərəfindən edilən məhsul təklifləri dəyərləndirilmişdir.
 
Qeyd edək ki, 2011-ci ildə “Azərsun Holdinq”in tərkibində yaradılan “Bazarstore” 13 ildir davamlı olaraq təzəlik, keyfiyyət, münasib qiymət, çeşidlilik və xidmətindən güzəştə getməyərək 93 mağazası ilə ildə 45 milyon müştəriyə, ölkə üzrə 110 min kvadrat metr-dən artıq satış sahəsində, 3700-ə yaxın çalışanı ilə xidmət göstərir. 

“Bazarstore” əsas prinsiplərində qeyd olunduğu kimi bu üstün xidmət üçün əl-ələ verib birlikdə güclənməyin, inkişaf üçün davamlı çalışmağın, müştərini sərvəti bilib sözündə etibarlı olmağın və məsuliyyətinin fərqindədir.